Rüfət Dadaşov oynadı, komandası qalib gəldi

Rüfət Dadaşov oynadı, komandası qalib gəldi
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2018 / 17:59 2290
-  A +

Almaniya 3-cü Liqasında 12-ci turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” doğma meydanda "Vurzburqer"lə qarşılaşıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

"Proyssen" - "Vurzburqer" - 1:0
Qol:
Kobylanski, 76

R. Dadaşov start heyətdə meydana daxil olub. O, 90+2-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Proyssen” 12 turdan sonra 22 xalla 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Dadaşov 6 qolla bombardirlər siyahısında 2-4-cü pillələri bölüşdürür.

 

Daha çox


Son xəbərlər
16.11.18  16:10

Ramos 100-ə çatdı