Almeyda Pedronu əvəzlədi, "Astana" xal itirdi

Almeyda Pedronu əvəzlədi, "Astana" xal itirdi
XƏBƏR 21 Oktyabr 2018 / 12:16 2099
-  A +

Qazaxıstan çempionatında 19-cu tura start verilib.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Riçard Almeydanın formasını geyindiyi "Astana" doğma azarkeşləri önündə "Ordabası"nı qəbul edib və xal itirib.

Almeyda 1:1 hesabı ilə başa çatan matçda meydana 68-ci dəqiqədə daxil olub. Braziliyalı milliləşmiş yarımüdafiəçi digər sabiq "Qarabağ"lı Pedro Enrikeni əvəzləyib.

Qeyd edək ki, 29 oyundan sonra ehtiyatında 71 xal olan "Astana" turnir cədvəlinə başçılıq edir.


Son xəbərlər