"Barselona" yenidən zirvədə, "Atletiko" büdrədi

"Barselona" yenidən zirvədə, "Atletiko" büdrədi
DÜNYA FUTBOLU 21 Oktyabr 2018 / 01:47 3918
-  A +

İspaniya La Liqasında 9-cu turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma keçirilib. “Real” evdə “Levante”yə uduzub. “Atletiko” səfədə, “Valensiya” doğma azarkeşləri önündə xal itirib.
Turun mərkəzi görüşündə isə “Barselona” “Sevilya”nı qəbul edib. Rəqibini 4:2 hesabı ilə məğlub edən kataloniyalılar yenidən liderliyə yüksəliblər.

La Liqada sabah daha 4 oyun keçiriləcək. Tura bazarertəsi yekun vurulacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlinin zirvəsində 18 xalı olan “Barselona” yer alır. Kataloniyalıları 17 xalla “Alaves”, 16 xalla isə “Sevilya” izləyir. 4-cü pillədə “Atletiko” (16 xal), 5-də isə “Real” (14) qərarlaşıb.


20 oktyabr

İspaniya La Liqası, 9-cu tur

“Real” – “Levante” – 1:2
Qollar:
Marselo, 72 - Xose Luis Morales, 7, Rocer Marti, 13

“Valensiya” – “Leganes” – 1:1
Qollar:
Xose Luis Qaya, 85 - Herard Qumbau, 63

“Vilyareal” – “Atletiko” – 1:1
Qollar:
Mario Qaspar, 65 – Filipe Luis, 51

“Barselona” – “Sevilya” – 4:2
Qollar:
Filippe Koutinyo, 2, Lionel Messi, 12, Luis Suares, 63-pen, İvan Rakitiç, 88 – Pablo Sarabiya, 79, Luis Muriel, 90

21 oktyabr

“Rayo Valyekano” – “Hetafe”
“Eybar” – “Atletik”
“Hueska” – “Espanyol”
“Betis” - “Valyadolid”

19 oktyabr

“Selta” – “Alaves” – 0:1

 

Daha çox


Son xəbərlər
19.11.18  12:37

"İmarət" 9 yaşında

18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi