Bordin “Neftçi”nin məğlubiyyətindən danışdı – “Dario və Dabo...”

Bordin “Neftçi”nin məğlubiyyətindən danışdı – “Dario və Dabo...”
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2018 / 19:33 4683
-  A +

“Qəbələ”ni təbrik edirəm. Təəssüf ki, hesab açılmamışdan əvvəl yaxaladığımız qol imkanlarından istifadə edə bilmədik. Rəqib isə bizi əks-hücumlarda yaxalayıb qol vurdu. Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq”.

Qol.az-ın xəbəinə görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqanın 8-ci turunun “Qəbələ” ilə səfər matçından (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Dario və Dabonun yaxşı oynamaması ilə bağlı suala cavabında deyib: “Birinci hissədə normal oynadılar. Sadəcə, təkcə Dario və Dabo yox, ümumiyyətlə, bütün komanda üzvləri üzərlərində çalışmalı və artırmalıdır”.

O deyib ki, “Qəbələ”nin bugün göstərdiyi oyun onlar üçün sürpriz olmayıb: “Rəqib kompakt müdafiə olundu. Bizi əks-hücumda yaxaladılar”.

“Rəşad Eyyubov komandanızın ən zəif oyunçusu idi. Onu əvəzləməkdə yubandınız. Bu fikirlə razısınız?” sualına Bordin belə cavab verib:

“Rəşadın zəif oynadığını hesab etmirəm. Bəlkə də oyun praktikası az idi. Bununla yanaşı, Rəşaddan razı qaldım. Zəif cəhətlərimiz ondan ibarət oldu ki, hücumlar zamanı fərdi mübarizələrdən qalib ayrıla bilmirdik. Uduzmuşuqsa, komandamız uduzub”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord