Qurban Qurbanov U-17 millimizlə görüşdü - Şəkillər

Qurban Qurbanov U-17 millimizlə görüşdü -  Şəkillər
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2018 / 16:51 1853
-  A +

Millimizin baş məşqçisi Qurban Qurbanov Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək 17 yaşadək futbolçulardan ibarət yığma komandamızın üzvləri ilə görüşüb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi yığmanın futbolçularına tövsiyələrini verib, seçmə mərhələ oyunlarında uğurlar arzulayıb.

Görüşdə milli komandaların menceri İslam Abbasov və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov iştirak edib.

Qeyd edək ki, Avropa çempionatının ilkin seçmə mərhələsində U-17-nin rəqibləri Albaniya, Norveç və İsrail yığmaları olacaq. Futbolçularımız oktyabrın 23-də Norveç, 3 gün sonra İsrail, oktyabrın 29-da isə Albaniya komandası ilə qarşılaşacaq.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı