"Hazard "Qızıl top"u "Real"da yox, "Çelsi"də qazana bilər" - Sarri

"Hazard "Qızıl top"u "Real"da yox, "Çelsi"də qazana bilər" - Sarri
XƏBƏR 20 Oktyabr 2018 / 14:20 1764
-  A +

“Çelsi”nin baş məşqçisi Mauritsio Sarri Eden Hazardın London klubunda qalıb-qalmayacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.az-ın “goal.com”a istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis Hazardın komanda üçün çox vacib futbolçu olduğunu söyləyib. O, hesab edir ki, belçikalı oyunçu bütün titulları, xüsusilə də “Qızıl top”u İspaniyada yox, məhz “Çelsi”də qazana bilər:

“Hazard bizim üçün təkcə vacib futbolçu deyil,o, həm də komandada həlledici rol oynayır. Eden fantastik oyunçudur. “Çelsi”də qalması olduqca vacibdir. Məncə, bütün titulları İspaniyada deyil, məhz burada qazana bilər. Əgər “Çelsi” Çempionlar Liqasını qazansa, Belçika isə Avropa çempionu olsa, Hazard İspaniyadan oynamadan belə “Qızıl top”a sahib çıxa bilər”.

Qeyd edək ki, Hazardın adı uzun müddətdir “Real”la hallanır.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı