"Neftçi"də yaxşı qazanıram" – Dario Federiko

"Neftçi"də yaxşı qazanıram" – Dario Federiko
MÜSAHİBƏ 20 Oktyabr 2018 / 13:48 3469
-  A +

“Neftçi”nin hücumçusu Dario Federiko Braziliya mətbuatına müsahibə verib. Ölkəmizdəki karyerasından danışan braziliyalı futbolçu digər maraqlı məqamlara da toxunub.

- Əsas hansı səbəblərə görə ölkə xaricində oynamağa qərar verdiniz?

- Əsas səbəb əlimə düşən imkan oldu. Portuqaliyaya getmək üçün “Korintians”dan ayrıldın. 3 il idi bu klubun formasını geyinsəm də, əsas komandada mənə az şans verirdilər. Müqaviləm başa çatdı, hiss etdim ki, yeni nəfəs lazımdır. Bu, karyeramda uğurlu addımlardan biri oldu.

- Hansı ölkədəki legioner həyatı sizin üçün daha əlamətdar olub?

- Ən əlamətdar keçidim Azərbaycanda “Kəpəz” klubuna olub. Portuqaliyada çətin vəziyyətdə idim. “Kəpəz”ə gələndə hər şeyin fərqli olacağını düşündüm. Burada yaxşı bərpa prosesi keçdim və artıq kumirəm.

- “Neftçi”də bu mövsüm işləriniz necə gedir?

- Hər şey çox yaxşıdır. Mövsümün əvvəlində qarşıya qoyulan tapşırığı yerinə yetirə bilərik. Təəssüf ki, Avropa Liqasında mübarizəni dayandırdıq. Halbuki daha çox irəliləmək istəyirdik. İndi isə hədəfimiz ölkəçempionu olmaqdır. Şəxsi planda da hər şeydən razıyam. Çünki yaxşı gəlirim, hədəfim və köməyim var. Hər şey yolunda gedir.

- Komandanızın bu mövsüm üçün əsas hədəfi nədir?

- Bayaq da qeyd etdiyim ki, ölkə çempionu olmaq. Komanda həm yerli, həm də əcnəbi futbolçularla güclənib. “Neftçi” ölkənin ən titullu klubudur, ancaq 2012-2013 mövsümündən bu yana uğur qazana bilmir. Ona görə çempionluq əsas hədəfimizdir.

- Avroliqa təcrübəsi necə idi?

- Qitə yarışında rəqabət tamam fərqli şeydir. Bu, Avropa Liqasında ikinci təcrübəm idi. Daha əvvəl “Kəpəz”in heyətində bu turnirdə iştirak etmişdim və deyərdim ki, tarix yazmışdıq.

- Karyeranızla bağlı başlıca hədəfiniz nədən ibarətdir?

- Əsas məqsədim daha çox tanınmaq və Braziliyanı tərk edən bir çox həmyerlilərim kimi Avropada ölkəmizi layiqincə təmsil etməkdir. Məşhur Avropa klublarından birində oynamaq daha fantastik olardı.

- Braziliyaya qayıtmaq barədə düşünürsünüz, yoxsa hələ Avropada qalmaq istəyirsiniz?

- Yenidən öz ölkəmdə oynamaq istəyərəm, bir şərtlə ki, böyük komanda olsun və titullar uğrunda mübarizə aparsın. Digər halda ölkə xaricində qalmağı üstün tuturam. Braziliyada mənim üslubuma uyğun gələn komanda “Santos”dur. Onlar həmişə istedadlı futbolçulara yer verirlər. Düşünürəm ki, məhz orada oynaya bilərəm.

- Bu yaxınlarda Braziliya klublarından təklif almısınız?

- Xeyr, belə bir şey olmayıb. Bilirəm ki, Braziliya futbolunda söz sahibi olan bəzi şəxslər məni izləyirlər. Amma hələ ki, rəsmi təklif almamışam.

- Futbolda kumiriniz var?

- Bir neçə futbolçu xoşuma gəlir. Amma gördüyüm ən yaxşı oyunçular Ronaldinyo, Neymar və Kriştiano Ronaldodur.

Daha çox


Son xəbərlər