"Barselona"ya 50 milyonluq təklif

"Barselona"ya 50 milyonluq təklif
XƏBƏR 20 Oktyabr 2018 / 11:51 3254
-  A +

“Barselona”nın hücumameylli yarımmüdafiəçisi Malkom karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Tottenhem” braziliyalı futbolçunu heyətinə qatmaq istəyir. London klubu 21 yaşlı oyunçunun keçidi üçün kataloniyalılara 50 milyon avro ödəməyə hazırdır.

“Barselona”ya keçdikdən sonra oyun təcrübəsi baxımından əziyyət çəkən yarımmüdafiəçinin xidmətində “İnter” və “Arsenal”ın da maraqlı olduğu söylənilir.

Qeyd edək ki, Malkom yayda 41 milyon avroya “Bordo”dan “Barselona”ya transfer olunub. O, yeni komandasının heyətində indiyi qədər keçirilən rəsmi oyunlarda cəmi 27 dəqiqə oynayıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın