Millimiz Bolqarıstanla qarşılaşacaq

Millimiz Bolqarıstanla qarşılaşacaq
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2018 / 18:03 1550
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının oktyabrın 20-dən etibarən Bakıda təlim-məşq toplanışı olacaq.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, oktyabrın 22-də Bolqarıstana yola düşəcək yığmamız ayın 26-dək burada hazırlıq keçəcək.

U-19 təlim-məşq toplanışı çərçivəsində oktyabrın 23-də və 25-də Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Hazırlıq prosesində Kamran Quliyev (“Yonova”, Litva), Ruslan Ərzumanov (“Krasnodar”, Rusiya), Nicat Mehbalıyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Zamiq Əliyev, Turan Vəlizadə, Tural Bayramov, Elvin Cəfərquliyev, Elvin Talıbov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Nail Alışov, Elcan Hafizli (hər ikisi “Neftçi”), Kamran Məmmədov, Elçin Mustafayev, Şakir Seyidov, Emil Qasımov (hamısı “Sabah”), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya), Rüfət Abdullazadə (“Sumqayıt”) və Hüseyn Əhmədov (“Zirə”) iştirak edəcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord