"Qalatasaray"da ciddi itki - derbidə olmayacaq

"Qalatasaray"da ciddi itki -  derbidə olmayacaq
DÜNYA FUTBOLU 19 Oktyabr 2018 / 13:26 2468
-  A +

"Qalatasaray" ciddi itki ilə üzləşib.

Qol.az-ın "Sabah"a istinadən yaydığı xəbərə görə, nigeriyalı hücumçu Henri Onyekur zədələnib.

Bu gün tibbi müayinədən keçən 21 yaşlı futbolçunun 4-6 həftə meydana çıxa bilməyəcəyi müəyyənləşib. Bu isə o deməkdir ki, hücumçu noyabrın 11-də “Fənərbaxça” ilə keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

Nigeriya millisində zədələnən Onyekurun sol baldır əzələsində qanaxma olub.

Qeyd edək ki, mövsümün əvvəlində icarə əsasında "Everton"dan İstanbul klubuna keçən futbolçu Superliqada 8 oyuna 2 qol vurub.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord