Messidən növbəti xeyirxah addım

Messidən növbəti xeyirxah addım
DÜNYA FUTBOLU 19 Oktyabr 2018 / 11:53 2885
-  A +

“Barselona”nın kapitanı Lionel Messinin xeyriyyə fondu Kataloniyada uşaq onkoloji mərkəzinə yardım edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, xeyriyyə fondu SNF fondu ilə birlikdə tikinti işləri üçün 2,6 milyon avro maliyyə ayırıb.

Onkoloji mərkəzin 2020-ci ilin ikinci yarısında fəaliyyətə başlayacaq yeni korpusunun təməlqoyma mərasimində Messi də iştirak edib.

Qeyd edək ki, klinikada hazırda 215 nəfər çalışır. Yeni mərkəzdəi isə 400 nəfər işləyəcək.

Son xəbərlər