«İnter» Zikonun komandası ilə görüşməyəcək

XƏBƏR 20 Noyabr 2008 / 10:53 4377
-  A +

Moskvada keçiriləcək «Birlik kuboku» yarışında Belurusla yanaşı, Özbəkistan çempionu da iştirak etməyəcək. Qol.Az-ın məlumatına görə, son Belarus çempionatında qızıl medallara sahib olmuş BATE Çempionlar Liqasında iştirak etdiyindən Moskvaya getməyi məqsədə uyğun saymayıb. Gümüş mükafatçı Minsk «Dinamo»su da «Birlik kuboku»nda yarışmaqdan boyun qaçırıb. «İnter»in mümkün rəqibi Belarus çempionatında 3-cü yeri tutmuş MTZ-RİPO ola bilər. «Fənərbaxça»nın sabiq baş məşqçisi Zikonun rəhbərlik etdiyi «Bunedkor» klubu da Rusiya paytaxtına getməyəcək. Braziliyaya təlim məşq-toplanışına yollanacaq Özbəkistan çempionunu yəqin ki, gümüş mükafatçı «Paxtakor» əvəz edəcək.

Xatırladaq ki, son turnirin final görüşündə «Xəzər-Lənkəran» məhz «Paxtakor»u məğlub etmişdi.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı