Venger bu gün "Bavariya"nın baş məşqçisi təyin oluna bilər

Venger bu gün "Bavariya"nın baş məşqçisi təyin oluna bilər
DÜNYA FUTBOLU 19 Oktyabr 2018 / 09:45 2197
-  A +

Bu gün "Bavariya"da baş məşqçi dəyişikliyi ola bilər.

Qol.az-ın məlumatına görə, "Bild" nəşri yazıb ki, bu gün klubun idarə heyətinin sədri Karl-Hayns Rummenigge və idman direktoru Hasan Salihamiciç mətbuat konfransı keçirəcək. Konfransda klubun yeni baş məşqçisi olacağı idda edilən Arsen Vengerin təyinatı açıqlanacaq.

Qeyd edək ki, "Arsenal"ın sabiq çalışdırıcısı A.Venger yanvar ayından məşqçiliyə qayıdacağını söyləmişdi.

Xatırladaq ki, Münhen klubunun hazırkı baş məşqçisi Niko Kovaçdır. Onun komandası hazırda Bundesliqada 13 xalla 6-cı pillədədir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı