Benzema insan oğurluğuna cəhddə günahlandırılır - araşdırma başladı

Benzema insan oğurluğuna cəhddə günahlandırılır - araşdırma başladı
DÜNYA FUTBOLU 19 Oktyabr 2018 / 00:45 2584
-  A +

"Real"ın futbolçusu Kərim Benzemanın adı növbəti qalmaqalda hallanıb.
 
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, fransalı hücumçunun bu dəfə keçmiş agenti  Leo D’Souzu oğurlamağa cəhdlə əlaqəli olmaqda günahlandırılır. Leo D’Souz  məhkəməyə müraciət edərək bu ay keçirilən PSJ - "Lion" matçından sonra Benzemanın qohumlarının onu oğurlamağa cəhd etdiklərini bildirib.

Futbolçu və agent arasında pul məsələsi ilə bağlı problemlər olduğu iddia edilir. Paris Prokurorluğun bu işlə bağlı araşdırmaya başladığını açıqlayıb.

Xatırladaq ki, Benzema bundan əvvəl Fransa millisindəki sabiq komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunub. Bu səbəbdən o, 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılıb və indiyə kimi milliyə çağırılmayıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı