"Sarri hər oyun het-trik etməyimi istəyir" - Hazard

"Sarri hər oyun het-trik etməyimi istəyir" -  Hazard
DÜNYA FUTBOLU 18 Oktyabr 2018 / 22:20 2178
-  A +

“Onun fantastik baş məşqçi olduğunu bilirdik. Ən yaxşılardan biri olduğunu göstərdi. Hazırda çox yaxşı oynayırıq. Onun burda olması möhtəşəmdir”.

Qol.az-ın məllumatına görə, bu sözləri “Çelsi”nin futbolçusu Eden Hazar deyib.

Belçikalı yarımmüdafiəçi Britaniya mətbuatına açıqlamasında yeni baş məşqçiləri Mauritsio Sarri haqda danışıb. O, Sarrinin çox tələbkar olduğunu bildirib: “Hər oyun çoxlu qollar vururuq. Sarri mənim güvənimi qaytardı. Məni dünyanın ən yaxşı futbolçulardan biri etmək istədiyini söylədi. Məndən hər oyun het-trik etməyi gözləyir. Bəli, bu, çətin olacaq. Əlimdən gələni edirəm".

Qeyd edək ki, Hazard bu mövsüm 10 oyuna 8 qol vurub, 3 assist edib.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"