Dabo "Qəbələ" ilə oyunu buraxa bilər

Dabo "Qəbələ" ilə oyunu buraxa bilər
XƏBƏR 18 Oktyabr 2018 / 18:27 1753
-  A +

"Neftçi" Topaz Premyer Liqasının 8-ci turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşqə çıxıb. Məşqdə Ruslan Abışov, Haiti milli komandalarının düşərgəsindən qayıtmayan Soni Mustivar və yüngül zədəsi olan Baqali Dabo iştirak etməyiblər. Fransalı futbolçunun "Qəbələ" ilə oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır. Hazırlığa sabah oyunöncəsi son məşqlə yekun vurulacaq.


Xatırladaq ki, oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Neftçi" oyunu saat 17:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord