UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” komandasının Bakıda Ukrayna “Vorskla”sına qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb.
Məqalədə E qrupunda yer alan Ağdam və Poltava təmsilçilərinin ilk iki matçda uduzduqları və Bakıdakı qarşılaşmanın onların ilk xallarını qazanmaları baxımından ideal şans olduğu vurğulanıb.
“Qarabağ” Portuqaliyada “Sportinq”, Bakıda isə İngiltərə “Arsenal”ına uduzmaqla bərabər, qol da vura bilməyib. Azərbaycan çempionu səfərdə 2, evdə 3 cavabsız qolla məğlub olub. “Vorskla” isə Londonda “topçular”a 2:4 hesabı ilə yenildikdən sonra doğma meydanda “Sportinq”lə görüşdə qələbə qazanmağa yaxın olsalar da, 90+1 və 90+3-cü dəqiqələrdə qol buraxaraq uduzublar – 1:2.
Əvvəlki görüşlər
“Vorskla” heç vaxt avrokuboklarda Azərbaycan komandaları ilə qarşılaşmayıb. “Qarabağ” 2014/2015 mövsümündə Avropa Liqasında “Dnepr”lə eyni qrupda yer alıb. Yarışın gələcək finalçısını səfərdə 1 cavabsız qolla üstələyən ağdamlılar evdə 1:2 hesabı ilə məğlub olublar.
“Qarabağ”
- 2017/2018 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan “Qarabağ” bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Üç dəfə bu yarışda qüvvəsini sınayan Ağdam təmsilçisi ötən mövsüm Çempionlar Liqasının (ÇL) qrupuna düşən ilk Azərbaycan klubu olub.
Bu mövsüm isə “köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib – 0:1, 1:1. Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” komandasından iki oyunun nəticəsində güclü olan (0:1, 3:0) “Qarabağ” qrupa vəsiqə qazanıb.
- Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib. Komanda Avropa Liqasının qrup mərhələsində evdə keçirdiyi 10 oyundan 2-də qalib gəldiyi halda, 4-də uduzub. “Qarabağ” Belçika “Anderlext”indən (1:0, 2015/2016) və Yunanıstan PAOK-undan (2:0, 2016/2017) güclü olub.
- “Qarabağ” Bakıdakı son 8 avrokubok matçından 2-də qalib gəlib. Bundan başqa, ağdamlılar son 5 ev oyununda qələbə qazanmayıblar. Bunlardan 4-də uduzan Ağdam klubu ötən mövsüm Çempionlar Liqasında İspaniya “Atletiko”su ilə qolsuz bərabərə qalıb.
“Vorskla”
- Poltava klubu 2017/2018 mövsümündə Ukrayna Premyer Liqasında 3-cü yeri tutmaqla Avropa Liqasının qrupuna düşüb. Komanda milli çempionatda 1996/1997 mövsümünə təsadüf edən ən yaxşı göstəricisini təkrarlayıb.
- “Vorskla” avrokuboklarda 7-ci, qrup mərhələsində isə 2-ci dəfədir iştirak edir. Komanda 2011/2012 mövsümündə qrupa düşsə də, cəmi 2 xal qazana bilib və sonuncu yeri tutub. Ukraynalılar Belçika “Standard”ı (0:0) və Danimarka “Kopenhagen”indən (1:1) xal ala biliblər.
- Poltavalılar avrokuboklarda sonuncu səfər qələbəsini 2011/2012 mövsümünün pley-off mərhələsində Rumıniyanın “Dinamo” (Buxarest) komandası ilə görüşdə əldə ediblər – 3:2.
Komandalar arasında əlaqə
- “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli 2012-ci ilin yanvarında Ukraynanın “Krivbass” komandasından Azərbaycana gəlib. Albaniyalı müdafiəçi 2009/2010 mövsümündə hazırda “Vorskla”da çıxış edən Aleksandr Kobaxidze ilə komanda yoldaşı olub.
- “Vorskla” Avropa Liqasının qrupunda keçirdiyi 8 oyunun heç birində qalib gələ bilməyib. Bundan pis göstərici isə “Qəbələ” və Slovakiyanın “Slovan” komandalarına məxsusdur – 12 oyun.
Baş məşqçilər
- Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 46 yaşlı mütəxəssis məşqçi işində “Qarabağ”da lövbər salıb. Qurbanov bu ilin avqustunda Ağdam komandasının sükanı arxasında 10 illiyini qeyd edib. 46 yaşlı mütəxəssis bu müddətdə ardıcıl 5 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. Ən önəmlisi, o, ÇL-in qrupuna vəsiqə qazanan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb. Qurbanov 2017-ci ilin noyabrından paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edir.
- Vasili Saçko Ukraynanın yüksək dəstəsində “Volın” və “Krivbass”da çıxış edib. 2008-ci ildə “Vorskla”ya keçən ucaboy (190 sm) mərkəz hücumçusu artıq 10 ildir ki, klubdadır. 43 yaşlı mütəxəssis ilk 4 mövsümü oyunçu, növbəti 2 ili köməkçi-məşqçi kimi keçirib. O, 2014-cü ildən baş məşqçi vəzifəsindədir. Komanda 2017/2018 mövsümündə onun rəhbərliyi altında ölkə çempionatında 3-cü yeri tutub və qrup mərhələsinə vəsiqə əldə edib.
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu saat 20:55-də başlayacaq. (Report)
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi