Bu həftə Topaz Premyer Liqasında II dövrəyə start veriləcək. VIII turun açılış matçında ötən mövsümün iki mükafatçısı – “Qəbələ” və “Neftçi” üz-üzə gələcək.
Qarşılaşma fransalı hücumçuların dueli kimi də maraq kəsb edir. Söhbət Baqali Dabo və Stiven Monrozdan gedir. 28 yaşlı sonuncu “Qəbələ”də ikinci mövsümünü keçirirsə, 30 yaşlı Baqali “qırmızı-qara” formadakı 2 ildən sonra “Neftçi”nin uğurları üçün çalışır.
Fərqli hücumçular
Hər iki futbolçu hücumçu olsa da, meydana sanki fərqli vəzifələrlə çıxır. Ara-sıra cinahlara da çəkilən Dabo daha çox qol vurmağa köklənib. Mərkəz hücumçusunun ötən mövsüm Premyer Liqanın ən yaxşı bombardiri olması da bunu göstərir. Monrozu isə hücumçu kimi tanısaq da, onu sağ cinah vingeri – hücumameylli yarımmüdafiəçi də adlandıranlar az deyil. Düzdü, onun da hesabında kifayət qədər qol var. Amma Stiven özü fərqlənməklə yanaşı komandanın hücumlarına dəstək verməsi ilə də diqqət çəkir. Qol sayında həmyerlisindən geri qalsa da, topun qapıdan keçməsi ilə nəticələnən hücumlardakı iştirakı az deyil.
Fərqli keçmiş
İki yaş fərqi olan Dabo və Monroz ad günlərini eyni ayda – iyulda, bir həftə fərqlə qeyd edir. Onların Azərbaycana gəlmə tarixi də qısa – 1 il fərqlə olub. Baqali 2016-cı, Stiven 2017-ci ilin yayında “Qəbələ”yə qoşulub. Lakin onlar ölkəmizə gəlişə qədər fərqli səviyyələrdə çıxış edib. Azərbaycana gələnədək yüksək liqada çıxış etməyən Dabo Fransanın 2-ci və 3-cü dəstələrində - “İstr”lə “Kretey”də oynayıb. O, aşağı liqalarda keçirdiyi müddətdə 27 qol vurmağı da bacarıb.
Monroz isə daha sanballı keçmişə malik olub və həmyerlisindən fərqli böyük perspektiv vəd edib. Düzdü, Fransanın U-18, U-19, U-20 və U-21 millilərində oynamış hücumçu yüksək səviyyədə bəslənən ümidləri tam doğrultmayıb. “Lans”la Liqa2-də çempionluq yaşayan, Fransanın yüksək liqasında da oynamaq şansı qazanan Stiven icarə əsasında “Şatoru”da da aşağı dəstə həyəcanı yaşayıb. Burada cəmi 1 qol vuran hücumçu Belçikada legioner həyatı yaşayıb. “Kortriyk” və “Genk”də 15 qol vuran, sonuncularla ölkə kuboku qazanan futbolçu vətənə - “Brest”ə qayıdıb və Liqa2-də daha 10 qola imza atıb.
İlk duel və Monrozun qolu
Monrozla Dabo hələ 2015/16 mövsümündə rəqib qismində qarşılaşıb. Stivenin oynadığı “Brest” Liqa2-nin hər iki oyununda qələbə qazanıb. Dabolu “Kretey” səfərdə 0:2, evdə 1:2 hesabı ilə uduzub. Hücumçular hər iki matçda iştirak edib. İlk matçda – 2015-ci il oktyabrın 16-da keçirilən dueldə komandasının 2-ci qoluna Monroz imza atıb.
Dabodan debüt və 11 qol
2016-cı ilin yayında Dabo “Qəbələ”yə keçib. Yeni klub ona təkcə yüksək liqada deyil, avrokuboklarda da debüt imkanı yaradıb. Baqali hələ 2012-ci ildə “Genk”in heyətində Avropa Liqasının qrupunadək irəliləyən və hətta “Aktobe”ylə təsnifat matçında qol vuran həmyerlisindən 4 il sonra qitə səhnəsinə çıxıb. Gecikmiş debüt uğurlu alınıb. Dabo “Qəbələ”ylə Avropa Liqasının qrupuna qədər irəliləyib və turnirdə 3 qol vurub. Çempionatda 7, kubokda 1 dəfə fərqlənən hücumçu 2016/17 mövsümünü 29 matçdakı 11 topla tamamlayıb.
Fransalı tandemdən 28 qol
2017-ci ilin yayında “Qəbələ” hücum xəttinə daha bir fransalını transfer edib. Monrozun gəlişindən sonra “qırmızı-qaralar”ın ön xəttində Dabo-Monroz-Famussa Kone “üçlüy”ü yaranıb. Fransalı tandem isə mövsümü 28 qolla tamamlayıb. Avropa Liqasında təsnifatda mübarizəni dayandıran komandada Stiven 1 qol vursa da, Baqali fərqlənə bilməyib. Daxili yarışlarda isə Dabo daha məhsuldar olub. O, bombardiri olduğu Premyer Liqada 13, kubokda 3, Monroz isə müvafiq olaraq 3 və 2 qola sevinib. Çempionatın gümüş, kubokun finalçı medalını qazanan cütlük ümumilikdə 28 qol vurub. Bu toplarda 16-nı vurmaqla üstünlüyə malik Baqali ardıcıl 2-ci dəfə gümüş medal və finalçı olub.
Fərqli düşərgələrdə, 3-cü duel
Bu ilin yayında isə hücumçuların yolları yenidən ayrılıb. Stiven “Qəbələ”də qalıbsa, Baqali “Neftçi”yə keçib. Avropa Liqasında hər iki oyunçu qol sevinci yaşasa da, klubları mübarizəni erkən dayandırıb. Dabo 2, Monroz 1 dəfə fərqlənib. Premyer Liqada da hələlik Baqali öndədir. O, 4 qola sevinibsə, Monrozun hesabında 1 top var. Çempionatın II turu onların təxminən 3 ildən sonra yenə rəqib kimi üz-üzə gəlməsi ilə nəticələndi. Bu dəfə qol və qələbə sevinci yaşamaq Baqaliyə nəsib olub. Onun fərqləndiyi görüşdə komandası 2:1 hesabı ilə qələbə qazanıb.
4-cü dueldən öncə
Oktyabrın 20-də iki hücumçu 4-cü dəfə rəqib qarşılaşacaq. Onların Azərbaycan klublarındakı karyeralarına nəzər salsaq, 30 yaşlı Dabo kiçik üstünlüyə malikdir. Ölkəmizdə keçirdiyi 71 matçda 33 qola sevinən forvardın məhsuldarlığı 0,47-di. Monrozda isə bu rəqəm 0,37-di – 38 matçda 14 qol.
Bu üstünlük də daxili yarışlar hesabınadır. Avropada hər iki oyunçu Azərbaycan klubları üçün orta hesabla üç oyuna 1 top vurur. Baqali 15 matçda 5, Stiven 6 görüşdə 2 dəfə fərqlənib. Çempionat və kubokda üst-üstə 56 görüşdə 28 dəfə rəqib qapısına yol tapan Dabo burada daha məhsuldardır. Onun həmyerlisi isə 32 oyunda 12 dəfə fərqlənib.
P.S. Əldə etdiyimiz məlumata görə, hazırda keçmiş komanda yoldaşları paytaxtda eyni binada yaşasalar da, daha əvvəlki kimi mehriban deyillər, hətta üz-üzə gələndə salamlaşmırlar. Bəlkə də bu soyuqluğa səbəb “Neftçi”ni çempionluq yarışında uğurla təmsil edən Dabonun autsayder Monrozla dostluq münasibətlərini davam etdirməyi özünə sığışdırmamasıdır. Bu baxımdan həftəsonu keçiriləcək oyun iki fransız forvard üçün əhəmiyyət kəsb edir. Hər iki futbolçu liderliyə kimin layiq olduğunu sübut etməyə çalışacaq.
Necə deyərlər, oyunçu aparsın!
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın