"Qarabağ"ın rəqibi futbolçusunu cəzalandırdı

"Qarabağ"ın rəqibi futbolçusunu cəzalandırdı
XƏBƏR 18 Oktyabr 2018 / 16:17 1015
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Sportinq" Vendeli cəzalandırıb.

Qol.az-ın "A Bola" nəşrinə istinadən yaydığı xəbərə görə, buna braziliyalı futbolçunun nənəsinin ölümü ilə bağlı getdiyi vətənindən Portuqaliyaya vaxtında qayıtmaması səbəb olub. Ölkədəki "Lesli" qasırğasına görə bazar ertəsi gününə olan uçuşlar təxirə salındığından 21 yaşlı futbolçu Lissabon klubunun düşərgəsinə gec qoşulmalı olub. Nəticədə baş məşqçi Joze Pizeyeru onu əvəzedici heyətə göndərib. Vendelin ən azı bu həftənin sonuna kimi U-23 komandası ilə məşq edəcəyi bildirilib.

Qeyd edək ki, "Qarabağ" qrupun  ilk oyununda səfərdə "Sportinq"ə 0:2 hesabı ilə uduzub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın