"Barselona"nın liderlərindən Neymarın qayıdışına "yaşıl işıq"

"Barselona"nın liderlərindən Neymarın qayıdışına "yaşıl işıq"
DÜNYA FUTBOLU 18 Oktyabr 2018 / 13:09 4333
-  A +

"Barselona"nın prezidenti Jozep Bartomeu komandanın oyunçuları ilə Neymarın Kataloniya klubuna mümkün qayıdışını müzakirə edib.

Qol.az-ın "El Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, xüsusilə, lider oyunçuların bu məsələ ilə bağlı fikrini eşitmək istəyən klub rəhbəri onlardan müsbət cavab alıb. Futbolçular Neymarı Kataloniya təmsilçisində yenidən görməyə hazır olduqlarını  bildirilib.

Qeyd edək ki, PSJ-nin Neymarın 2020-ci ilin yayında 200 milyon avroya başqa kluba transfer olunmasına razılıq verdiyi iddia olunur. 26 yaşlı hücumçunun bir il əvvəl 220 milyon avroya ayrıldığı " Barselona"ya qayıtmaq istədiyi bildirilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı