Nazarov niyə narazıdır?

Nazarov niyə narazıdır?
ÖLKƏ FUTBOLU 18 Oktyabr 2018 / 11:25 3430
-  A +

Milli komandamızın üzvü Dmitri Nazarov formasını geyindiyi "Aue" klubundakı vəziyyətindən narazıdır.

Qol.az-ın "tag24.de" saytına istinadən yaydığı xəbərə görə, 28 yaşlı yarımmüdafiəçi bu mövsüm meydana start heyətində çıxmamasından gileylənib:

"Meydanda az vaxt keçirməyimdən məmnun deyiləm, bunu hamı bilir. Sonuncu dəfə nə vaxt 90 dəqiqə oynadığımı xatırlamıram. Yalnız onu dəqiq bilirəm ki, bu, ötən mövsüm olub".

Oyun təcrübəsinin az olduğunu söyləyən milliləşmiş legioner yığmamızın UEFA Millətlər Liqasının Farer adaları (3:0) və Malta ilə oyunlarında (1:1) start heyətində meydana çıxmasından razı qalıb: "Yenidən meydana çıxmaq, əsas heyət üzvü olduğumu hiss etmək şəxsən mənim üçün çox yaxşı oldu. Farer adaları ilə oyunda fərqləndim. Millidəki uğurlu çıxışımı Almaniya çempionatına da daşımaq istərdim. Fərqi yoxdur, hər mövqedə oynaya bilərəm. Əsas odur ki, mənə çox şans verilsin".

Qeyd edək ki, millimizin Farer adaları və Malta ilə oyunlarında start heyətində meydana daxil olan və sonadək oynayan Nazarov ilk matçda qol da vurub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı