Messi onu "Barselona"da görmək istəyir

Messi onu "Barselona"da görmək istəyir
DÜNYA FUTBOLU 18 Oktyabr 2018 / 11:12 3437
-  A +

"Mançester Yunayted"in futbolçusu Pol Poqba "Barselona"ya keçə bilər.

Qol.az-ın "Daily Mail"ə istinadən yaydığı xəbərə görə, komandanın liderləri Lionel Messi və Jerar Pike, həmçinin fransalı yarımmüdafiəçinin millidəki komanda yoldaşları Usman Dembele və Samuel Umtiti, eyni zamanda klubun baş məşqçisi Ernesto Valverde P.Poqbanı Kataloniya təmsilçisində görmək istəyirlər.

"Barsa"nın seleksiya bölməsinin nümayəndələri isə P.Poqbanın transferinə tərəddüd edirlər. Onlar fikrincə, 25 yaşlı futbolçu komandanın oyun üslubuna uyğun deyil. Nümayəndələr mərkəzdə daha çox topu saxlayan oyunçunun çıxış etməli olduqlarının düşünürlər.

"MY"nın Poqba üçün 101 milyon avro tələb edəcəyi gözlənilir.


Son xəbərlər