"Fənərbaxça" 5 futbolçusunu göndərir

"Fənərbaxça" 5 futbolçusunu göndərir
DÜNYA FUTBOLU 17 Oktyabr 2018 / 17:30 4288
-  A +

“Fənərbaxça” qış fasiləsində 5 futbolçusu ilə  yolları ayırmağı planlaşdırır.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı məlumata görə, “sarı-göy”lər  Mateu Valbuena,  Roberto Soldado, Aatif Çaheçouhe, Nabil Dirar və Ozan Tufanı satmaq fikrindədir.

Bununla büdcəni artırmağı hədəfləyən İstanbul təmsilçisi eyni zamanda iki futbolçu -  yarımmüdafiəçi və mərkəz müdafiəçisi transfer etmək niyyətindədir. Klub rəhbərliyi gənc və istedadlı futbolçuları heyətə cəlb  etməyi düşünür.

Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Supeliqasında 9 turdan sonra turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın