Neymar "Barselona"ya qayıtmaq istəyir – Mbappeyə görə

Neymar "Barselona"ya qayıtmaq istəyir –<b style="color:red"> Mbappeyə görə</b>
DÜNYA FUTBOLU 17 Oktyabr 2018 / 16:07 4797
-  A +

PSJ-nin hücumçusu Neymar sabiq klubu “Barselona”ya qayıtmaq istəyir.

Qol.az-ın məumatına görə, bu barədə İspaniyanın məşhur “Mundo Deportivo” nəşri xəbər yayıb. İddiaya görə, braziliyalı futbolçu Kataloniya klubunun rəsmiləri ilə görüşlərdə yenidən bu komandanın formasını geyinmək istədiyini onlara çatdırıb.

PSJ-də 19 yaşlı Kilian Mbappenin kölgəsində qalan 26 yaşlı futbolçunun oyunlara motivasiya olmaqda çətinlik çəkdiyi bildirilir. Fransa çempionatda tez-tez rəqib oyunçuların kobudluğuna məruz qalan futbolçunun həm də ölkənin iqlimini sevmədiyi iddia olunur.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib
 

Daha çox


Son xəbərlər
17.11.18  02:10

Qol.az 10 yaşında!