Ramos Almeydanı qabaqladı

Ramos Almeydanı qabaqladı
ÖLKƏ FUTBOLU 17 Oktyabr 2018 / 13:20 2216
-  A +

UEFA Millətlər Liqasında 4-cü turun oyunlarından onra statistik göstəricilər açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, milli komandamızın iki yarımmüdafiəçisi - Qara Qarayevlə Riçard Almeyda ən yaxşılar arasında yer alıblar.

Almeyda 298 ötürmə ilə 2-ci, Qarayev isə 276 dəqiq ötürmə ilə 4-cüdür. İlk pillədə 304 dəqiq ötürmə ilə İspaniya millisinin kapitanı Serxio Ramos qərarlaşıb. 5-ci pillədə "Qəbələ"nin və "Keşlə"nin sabiq futbolçusu - Gürcüstan millisinin üzvü Nika Kvekveskiri yer alıb.

1. Serxio Ramos (İspaniya) - 304

2. Riçard Almeyda (Azərbaycan) - 298

3. Aleksandru Epureanu (Rumıniya) - 283

4. Qara Qarayev (Azərbaycan) - 276

5. Nika Kvekveskiri (Gürcüstan) - 253

Turnirdə indiyədək ən çox  Serbiya millisinin üzvü Aleksandr Mitroviç və Belçika yığmasının hücumçusu Romelu Lukaku qol vurub. Onların aktivində 4 qol var. Timu Pukki (Finlandiya), Eqziyan Alioski (Makedoniya), Edin Ceko (Bosniya və Herseqovina), Daniel Sinani (Lüksemburq) 3 qolla növbəti pillələri bölüşürlər.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord