"Qarabağ"ın legioneri üçün 58 dəqiqə və məğlubiyyət

"Qarabağ"ın legioneri üçün 58 dəqiqə və məğlubiyyət
XƏBƏR 17 Oktyabr 2018 / 02:09 2565
-  A +

"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin yığmasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, 25 yaşlı futbolçu millisinin UEFA Millətlər Liqasının Norveçlə oyununda iştirak edib. 58 dəqiqə meydanda qalan Slavçev daha sonra komanda yoldaşı Kristian Malinovla əvəzlənib.

Qeyd edək ki, görüş Norveç seçməsinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Bolqarıstan millisi ilk pillədəki mövqeyini əldən verib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord