"Bundan sonra əsas məqsədim milli komandaya dəvət almaqdır"

"Bundan sonra əsas məqsədim milli komandaya dəvət almaqdır"
ÖLKƏ FUTBOLU 17 Oktyabr 2018 / 01:53 2734
-  A +

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Qismət Alıyev Avropa çempionatının seçmə mərhələsində Norveçlə səfər heç-heçəsini şərh edib.

Qol.az-ın məlumatına görə, gənc müdafiəçi AFFA-nın rəsami saytına açıqlamasında əzmkar mübarizə apardıqlarını bildirib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin oyununu izləyib zəif və güclü tərəflərini təhlil etmişdik. Bu oyuna tam hazır gəlmişdik. İlk dəqiqələrdən qol vuraraq hesabda irəli çıxdıq. Oyunun sonlarına yaxın öz səhvimizdən qapımızdan qol buraxdıq. Düşünürəm ki, çox yaxşı, əzmkar mübarizə apardıq. Seçmə mərhələdə sonuncu oyunum idi. Bundan sonra əsas məqsədim milli komandaya dəvət almaqdır”.

Qeyd edək, Norveç - Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər