"Qarabağ"ın rəqibində itkilər

"Qarabağ"ın rəqibində itkilər
XƏBƏR 16 Oktyabr 2018 / 18:40 1584
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Sportinq”in bir neçə futbolçusu zədəlidir.

Qol.az-ın “A Bola” nəşrinə istinadən yaydığı xəbərə görə,  Lissabon təmsilçisinin son olaraq brazilyalı hücumçusu Rafinya sıradan çıxıb.

O, sol ayağının bud əzələsindən xəsarət alıb. 21 yaşlı oyunçunun oktyabrın 20-də Portuqaliya Kubokunda “Lores” klubuna qarşı səfər matçını buraxacağı dəqiqləşib.

Komandanın bugünkü məşqini zədə səbəbindən Bas Dost, Jeremi Matyö, Luis Maksimiano da buraxıb. Matyö Avropa Liqasının 3-cü turunda “Arsenal”la  ev oyununu da buraxacaq.

Qeyd edək ki, “Qarabağ”ın “Sportinq”lə ikinci oyunu noyabrın 29-da Bakıda olacaq. Komandalar arasında Lissabonda keçirilən görüş “Sportinq”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər