"Sumqayıt" hakimi vuran məşqçi ilə yolları ayırdı

"Sumqayıt" hakimi vuran məşqçi ilə yolları ayırdı
XƏBƏR 16 Oktyabr 2018 / 16:40 2257
-  A +

"Sumqayıt" Anton Dioçenko ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, ukraynalı fiziki hazırlıq üzrə məşqçi öz istəyi ilə komandanı tərk edib. Ailə vəziyyəti və vətənindən gələn təkliflərlə bağlı rəhbərliyə müraciət edən mütəxəssis "hə" cavabı aldıqdan sonra müqaviləsini qarşılıqlı şəkildə pozaraq, vətəninə qayıdıb.

Qeyd edək ki, A. Dioçenko Topaz Premyer Liqanın 5-ci turunun "Keşlə" ilə matçında aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 10 oyunluq cəzalandırılmış, eyni zamanda, 8 min manat məbləğində cərimələnmişdi.

Daha çox


Son xəbərlər