"Qarabağ"a qol vuran futbolçu zədələndi

"Qarabağ"a qol vuran futbolçu zədələndi
DÜNYA FUTBOLU 16 Oktyabr 2018 / 13:25 1401
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal”ın futbolçusu Sokratis Papastatopulos zədələnib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Yunanıstan millisinin heyətində UEFA Millətlər Liqasının 4-cü turunda Finlandiya ilə görüşdə ayağından zədə alıb və 46-cı dəqiqədə məcburi əvəzlənib.

30 yaşlı müdafəçinin durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, S.Papastatopulos Avroliqanın ikinci turunda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri səfər matçında komandasının ilk qolunu vurub.


Son xəbərlər