İkisi oynamayacaq, biri sual altdadır - "Zirə"də 3 zədəli

İkisi oynamayacaq, biri sual altdadır - "Zirə"də 3 zədəli
XƏBƏR 16 Oktyabr 2018 / 12:36 1016
-  A +

Topaz Premyer Liqanın 8-ci turunda səfərdə "Keşlə"nin qonağı olacaq "Zirə" oyuna itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, komandanın hücumçusu Pərdis-Fərcad Azad və yarımmüdafiəçi Vüqar Mustafayev zədə səbəbindən görüşü buraxacaqlar. Digər zədəli Adrian Skarlatakenin isə sabiq klubuna qarşı oynayıb-oynamayacağı dəqiq bilinmir.

Qeyd edək ki, oktyabrın 21-də başlayacaq "Keşlə" - "Zirə" görüşü saat 19:00-da başlayacaq.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı