Arda Turana cinayət işi açıldı – 12 illik həbsi istənilir

Arda Turana cinayət işi açıldı – 12 illik həbsi istənilir
DÜNYA FUTBOLU 16 Oktyabr 2018 / 12:21 2577
-  A +

"Başakşəhər"in futbolçusu Arda Turan həbs oluna bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul Cümhuriyyət Prokurorluğu müğənni Berkayla futbolçu arasındakı yaşanan qalmaqalla əlaqədar cinsi təzavüz, qəsdən sağlamlığa zərər vurma, qanunsuz silah gəzdirmə, qəsdən yaralama ittihamı ilə futbolçuya qarşı cinayət işi açıb. Bununla bağlı iş məhkəməyə göndərilib.

Qeyd edək ki, prokurorluğun ittihamnaməsində Arda Turanın 12 il yarım, müğənni Berkayın isə 2 ilə kimi həbsi tələb olunub.

Qeyd edək ki, iddiaya görə, Arda gecə klubunda Berkayın həyat yoldaşına sataşıb. Bundan sonra tərəflər arasında mübahisə düşüb və futbolçu kəllə ilə müğənninin burnunu qırıb. Bundan sonra Türkiyə millisinin üzvü xəstəxanaya gedərək, Berkayı silahla təhdid edib.


Son xəbərlər