"Qarabağ"da mənim mövqeyimdə yaxşı rəqabət var" - Halldorsson

"Qarabağ"da mənim mövqeyimdə yaxşı rəqabət var" - Halldorsson
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2018 / 11:56 2267
-  A +

"Qarabağ"da mənim mövqeyimdə yaxşı rəqabət var. Bu amil hamının xeyirinədir və hər birimizin daha yaxşı olmasına xidmət edir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın islandiyalı qapıçısı Hannes Halldorsson ölkəsinin mətbuatına açıqlamasında deyib. Son vaxtlar Ağdam klubunda nadir hallarda əsas heyətə düşən 34 yaşlı qolkiperin bunun milli komandadakı çıxışına təsir etmədiyini bildirib:

"Deməzdim ki, daimi oyun təcrübəsinin az olması millidəki çıxışıma təsir edir. Hazırda yaxşı formadayam".

Qeyd edək ki, İslandiya millisi dünən UEFA Millətlər Liqasında doğma meydanda İsveçrə yığmasına 1:2 hesabı ilə uduzub. Sözügedən görüşdə skandinaviyalıların qapısını Halldorsson qoruyub.

Daha çox


Son xəbərlər