"Milliyə çağırılmamağım axmaqlıq idi" - Rüfət Dadaşov

"Milliyə çağırılmamağım axmaqlıq idi" -  Rüfət Dadaşov
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2018 / 11:11 4869
-  A +

“Malta ilə oyunumuzun nəticəsi ürəkaçan olmadı. Qalib gəlməli idik“.

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin üzvü Rüfət Dadaşov “Bild”ə açıqlamasında deyib.

UEFA Mİllətlər Liqasının 4-cü turunda Bakıda Malta ilə keçirilən görüşdən (1:1) danışan 27 yaşlı hücumçu komandamızın vacib xallar itirdiyini bildirib:

“Farer adalarına böyük hesabla qalib gəlsək də, Malta ilə bərabərlik bizi ciddi narahat edir. 2-3 epizodda qol şansını əldən verdim. Halbuki onları qola çevirməli idim”.

Dadaşov qarşıdakı oyunlarda da millidən dəvət gözlədiyini qeyd edib: “Yığmada bir çox oyunçunu əvvəldən tanıyıram. Yeni futbolçular da var. Böyük dəyişikliik yoxdur. Hədəfimiz qrup birincisi olmaqdır. Ümid edirəm ki, noyabrda da yığmaya çağırılacam və komandama son iki matçda kömək edəcəm. Yenidən dəvət gözləyəcəm. Qrupdakı ilk 4 turda məğlub olmadığımızı da vurğulamalıyam. Ümidimizi üzmürük”.

Dadaşov yığmamızın sabiq baş məşqçisi Robert Prosineçkinin onu Regional Liqada çıxış etdiyi üçün yığmaya çağırmamasını axmaqlıq adlandırıb: “Əslində bu, axmaqlıqdır. Ancaq indi yenidən özümə güvənirəm”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord