Avropa və Amerikanin futbol klassikasi bu gün "Topaz"da

Avropa və Amerikanin futbol klassikasi bu gün  "Topaz"da
ETOPAZ 16 Oktyabr 2018 / 10:43 1990
-  A +

Milli komandaların 5 günlük "oyun həftəsi"  başa çatır. Bu gün keçiriləcək 9 matçla UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulacaq. 

U-21 yığmaları arasında AVRO-2019-un seçmə tsiklinin  24,  U-19-lar arasında ilkin seçmə raundun 10, Afrika Millətlər Kubokunun təsnifat mərhələsinin 21  qarşılaşması da bu gun oynanılacaq.  Daha 32 milli komanda isə yoldaşlıq görüşünüdə üz-üzə gələcək. Bir sözlə, futbola zəngin bir gün.  Bu rəngarənglik Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"ın çərşənbə axşamına olan oyun proramında da əksini tapıb. "Topaz"ın bu gün saat 14-dən  başlayıb sabah səhər saat 05:45-dəki Meksika-Çili matçına qədər əksər görüşləri əhatə edən proqramında 128 qarşılaşma yer alıb. Bu matçlardan 20-nə "Topaz"da "təkli" mərc etmək mümkündür. Canlı mərc edə biləcəyiniz oyunların sayı isə daha çoxdur. Proqramda yer alan "təkli oyun"lardan daha çox maraq doğuranları bunlardır:

Saat 21:45. Braziliya-Argentina (kod 100).

Dünya futbolunun klassik qarşıdurmalarından biri bu dəfə neytral meydanda -  Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq.  Tite baş məqşçi postuna gəldikdən sonra Braziliya keçirdiyi 29 matçın yalnız ikisində uduzub. Mundial-2018-dən sonra Lionel Skaloninin başçılığı altında oynayan Argentina isə keçirdiyi 3 görüşdə qapısından qol buraxmayıb.  2 qələbə qazanıb, Kolumbiya ilə  0-0 oynayıb. Əzəzli rəqiblərin duelində müxtəlif səbəblərdən Braziliyadan Marselo, Faqner, Duqlas Kosta, Argentinadan isə Messi, Aquero, İquayn, Roxo, Di Mariya və Baneqi oynamayacaq.  Əmsallar: Braziliyanın qələbəsi 1.60, heç-heçə  3.45, Argentinanın qələbəsi 5.20.

Saat 22:45. Fransa-Almaniya (kod 101)

Bu axşam daha bir futbol klassikasını da izləyəcəyik. Son dünya çempionu keçmiş dünya çempionu ilə UEFA Millətlər Liqasında qarşılaşacaq.  Fransızlar  ardıcıl 14 oyundur uduzmur. Bundestim isə 3 gün əvvəl Millətlər Liqasında Hollandiyadan ağır zərbə alıb (0:3). Qrupun lideri olan Fransa almanlara qalib gələrsə, Yoahim Lövün komandası 1-ci yeri tutmaq şansını itirəcək. Fransa isə qrup liderliyi uğrunda yalnız Hollandiya ilə mübarizə aparmalı olacaq. Bu komandaların ötən ay Almaniyada keçirilən ilk duelində qapılara qol vurulmamışdı. Ümumiyyətlə, bu komandalar arasında indiyədək keçirilən 30 görüşün 13-də fransızlar, 9-da almanlar qalib gəlib. 8 matçda qalib müəyyənləşməyib. Bu dəfəki duelin əmsalları: Fransanın qələbəsi 1.80, heç-heçə 3.50,  Almaniyanın qələbəsi 3.95.

Saat 22:45. Ukrayna-Çexiya (kod 480)

Xarkovda keçiriləcək matçın nəticəsi Millətlər Liqasının bu qrupunda bütün suallara aydınlıq gətirə bilər. Ukrayna qalib gələrsə, son turdan asılı olmayaraq yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Andrey Şevçenkonun baş məşqçi postuna təyinatından sonra  son 8 oyunda uduzmayan Ukrayna axşamkı duelin də favoriti sayılır. Əmsallar: Ukraynanın qələbəsi 1.65, heç-heçə 3.10, Çexiyanın qələbəsi 4.65.

Bunlardan başqa "Topaz"ın bu günkü proqramında yer alan Norveç-Bolqarıstan, İrlandiya-Uels,  Belçika-Hollandiya,  Danimarka-Avstriya,  Meksika-Çili kimi maraqlı görüşlərə də "təkli" və "canlı" mərc edə bilərsiniz.


Son xəbərlər