Millimiz seçmə mərhələni qələbəsiz başa vurdu

Millimiz seçmə mərhələni qələbəsiz başa vurdu
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2018 / 22:07 14493
-  A +

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə  mərhələsində son oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası 5-ci qrupda Norveçlə qarşılaşıb.

Yığmamız qrupda çıxmaq şansını itirsə də, ötən ay Bakıda 1:3 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışıb. Lakin matçın 9-cu dəqiqəsində hesabda irəli çıxan komandamız üstünlüyünü qoruya bilməyib. Meydan sahibləri 76-cı dəqiqədə hesabı bərabərləşdirib.

Qrupun digər oyunlarında İsrail Kosovonu 3:0, Almaniya isə İrlandiyanı 2:0 hesabı ilə məğlub edib.


Qeyd edək ki, komandamız qrupda keçirdiyi 10 oyunda qələbə qazana bilməyib. 7 oyunda məğlubiyyətlə üzləşən, 3 görüşdə heç-heçə edən gənclərimiz qrup mərhələsini sonuncu pillədə başa vurub.


16 oktyabr

Avropa çempionatı

Seçmə mərhələ, 5-ci qrup

20:15. Norveç - Azərbaycan - 1:1
Qol:
Fəhmin Muradbəyli, 9 (0:1), Ostiqard, 76 (1:1)
Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)
Drammen. "Maryenlist” stadionu.

1.

Almaniya

10

8

1

1

33:7

25

2.

Norveç

10

4

3

3

15:13

15

3.

İrlandiya

10

4

2

4

12:15

14

4.

İsrail

10

4

2

4

17:18

14

5.

Kosovo

10

3

3

4

9:12

12

6.

Azərbaycan

10

0

3

7

6:27

3

 

 

Daha çox


Son xəbərlər