"Azərbaycanla oyunda xal qazanmağa layiq idik" - Maltanın kapitanı

"Azərbaycanla oyunda xal qazanmağa layiq idik" -  Maltanın kapitanı
ÖLKƏ FUTBOLU 15 Oktyabr 2018 / 17:51 1516
-  A +

“Məncə, biz bu nəticəyə layiq idik. Çünki Kosovo ilə görüşdən fərqli olaraq bu dəfə taktiki cəhətdən yaxşı hazırlaşmışdıq. Müdafiədə yaxşı oynadıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Malta millisinin kapitanı Andre Aqius UEFA Millətlər Liqasının 4-cü turunda ötən gün Bakıda yığmamızla keçirilən oyun (1:1) haqda danışarkən deyib.

32 yaşlı müdafiəçi Malta mətbuatına açıqlamasında Bakıda qazanılan bir xalın vacibliyini vurğulayıb: "Düşünmürəm ki, bir xalla kifayətlənməli və bu nəticəni əla hesab etməli deyilik. Ancaq yeni məşqçilər korpusu ilə qazanılan bu nəticə vacib idi. Bu, komandada özünəinam yaradacaq".

Qeyd edək ki, 2 xalla qrup sonuncusu olan Malta millisi mərhələ adlamaq şansını itirib.

Daha çox


Son xəbərlər