Daha bir erməni futbolçu "Qarabağ"la oyuna gəlmir

Daha bir erməni futbolçu "Qarabağ"la oyuna gəlmir
ÖLKƏ FUTBOLU 15 Oktyabr 2018 / 14:44 4920
-  A +

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"la qarşılaşacaq "Vorskla" klubunun yarımmüdafiəçisi Qeqam Kadimyan ölkəmizə gəlməyəcək.

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, çiynindən zədə alan erməni futbolçunun nə vaxt sıraya qayıdacağı bəlli deyil. Bu səbəbdən onun oktyabrın 25-də Ağdam klubu ilə oyun üçün paytaxtımıza gətirilməyəci gözlənilir.

Kadimyandan başqa, "Vorskla"nın digər zədəliləri - Denis Vasin, Aleksandr Kobaxidze, Dmitri Kravçenko və Arturun da "Qarabağ"la oyunu buraxacaqları dəqiqdir.

Xatırladaq ki, bundan əvvəl "Arsenal"ın erməni yarımmüdafiəçisi Henrik Mxitaryan da "Qarabağ"la Bakıdakı oyuna gəlməmişdi. Futbolçu 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun ölkəmizə girişinə qadağa qoyulub.

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu 20:55-də başlayacaq.

Daha çox


Son xəbərlər