"Hər şey Kosovo ilə oyunda həll olunacaq" - Bədavi Hüseynov

"Hər şey Kosovo ilə oyunda həll olunacaq" -  Bədavi Hüseynov
MÜSAHİBƏ 15 Oktyabr 2018 / 00:20 4278
-  A +

"Yaxşı oyun keçirdik, çoxlu qol vəziyyətləri yaratdıq. Demək olar ki, hər şeyi düzgün elədik, amma bəxtimiz gətirmədi. Əsas odur ki, məğlub olmadıq. Şanslarımız davam edir. Son ana qədər mübarizə aparacağıq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri milli komandamızın müdafiəçisi Bədavi Hüseynov UEFA Millətlər Liqasının IV turunda Malta ilə Bakıda keçirilən oyundan (1:1) sonra jurnalistələrə açıqlamasında deyib.

- Maltanın qolu zamanı sanki inanmadınız ki, rəqib fərqlənə bilər...

- Oyuna normal nəzarət edirdik. Rəqibin bir vəziyyəti qolla nəticələndi. Gözlənilməz oldu. Demək olar ki, sonra başqa vəziyyətləri olmadı.

- Ümid qalıb hələ?

- Əlbəttə. Əhval-ruhiyyəmiz yaxşıdır. Çünki bilirik ki, Kosovo da xal itirib. Qarşıda iki oyun var, hər şey Kosovo ilə oyunda həll olunacaq.

- Necə düşünürsən, Kosovonu səfərdə məğlub etmək realdır?

- Biz yaxşı oynayırıq, qol imkanları əldə edirik. Maksimum konsentrasiya ilə istənilən rəqibə qalib gəlmək olar.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı