"Yaxşı oynadıq" - Araz Abdullayev

"Yaxşı oynadıq" -  Araz Abdullayev
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2018 / 23:50 2478
-  A +

“Fikrimcə, bu gün komandamız yaxşı oyun sərgilədi. Xeyli qol epizodlarımız oldu, ancaq yararlana bilmədik. Bəzən yaxşı oynamasan da, qalib gələ bilirsən. Əlimizə düşən fürsətlərdən maksimum istifadə etməli idik, amma olmadı. Qarşıdakı iki oyunmuza yaxşı hazırlaşmalıyıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Araz Abdullayev UEFA Millətlər Liqasının 4-cü turunda doğma meydanda Malta ilə heç-heçə etdikləri oyundan(1:1) sonra jurnalistlərə açıqlamasında deyib.

Millimizin yeganə qolunun müəllifi azarkeşlərə dəstəklərindən ötrü təşəkkür edib:  “Hər bir oyun bizim üçün çox vacibdir. Bu gün komanda şəklində istək çox idi. Amma bu, futboldur. Məğlubiyyət də, qələbə də var. Qələbəni çox istədik, olmadı. Elə epizodlar olur ki, yaxın məsafədən mən də çərçivəni dəqiq nişan ala bilmirəm. Qol vurduğum epizodda top ayağıma yaxşı oturdu və zərbə də qüvvətli alındı. Azarkeşlərə də çox sağ ol deyirəm. Bu gün bizi yaxşı dəstəklədilər”.

O, əvvəlki formasına qayıtmaq üçün əlindən gələni etdiyini deyib: “Çalışıram ki, məşqçimizin tapşırıqlarını maksimum yerinə yetirim. Əvvəlki formama qayıtmaq üçün əlimdən gələni edirəm. Ümid edirəm, qısa zamanda əvvəlki formama qayıdaram”.

Abdullayev komanda yoldaşı Mahir Mədətovun çoxsaylı qol imkanların boşa verməsinə də münasibət bildirib:  “Mahir gənc futbolçudur. Hər birimiz gənc olmuşuq. Ola bilər ki, onda psixoloji cəhətdən nəsə xoşagəlməz hallar olsun. Cavan futbolçuya psixoloji cəhətdən belə çox təsir etmək düzgün deyil. O da əlindən gələni etdi. Hər bir futbolçunun epizodlardan yararlana bilmədiyi anlar olur. Düşünürəm ki, gələcəkdə daha yaxşı olacaq. Sadəcə, hər birimiz ona kömək olmalıyıq. Həm komanda yoldaşları, həm azarkeşlər. Əsas onun özündən aslıdır. Ona inanıram”.

Daha çox


Son xəbərlər