"Azərbaycan fantastik komandadır" - Farruciya

"Azərbaycan fantastik komandadır" -  Farruciya
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2018 / 22:40 5557
-  A +

"Komandam yaxşı performans göstərdi. Azərbaycan çox yaxşı komandadır. Biz səfərdə qol vurduq, xal qazandıq.  Kosovo ilə oyundan fərqli çıxış etdik. Baxmayaraq ki, çətin oyundan gəlmişdik, komandanın çıxışından razı qaldım".

Qol.az xəbər verir ki, bu sözləri Malta yığmasının baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasının IV turunda Bakıda millimizlə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.


- Kosovoya məğlubiyyətdən sonra komanda çox tənqid olunurdu. Bu gün isə daha güclü rəqiblə oyundan xalla ayrıldınız...

- Həyat belədir. Mən, təbii ki, insanlara qulaq asır, onlardan öyrənirəm. Hamının fikrini eşidirəm. İnsanların bizi tənqid etməyə haqqı var. Bundan daha da güclənirik. Bizim yaşı 21-dən aşağı olan bir neçə futbolçumuz var. Düzgün istiqamətdə irəliləyirik. Daha da güclü olmağımız üçün vaxta ehtiyac var.

- Bu gün gənc futbolçuların çıxışı sizi qane etdi?

-   10 ildən sonra fəlsəfəmizi dəyişmişik. Bugünkü oyundan çox razı qaldım. Nəzərə alsaq ki, Azərbaycan fantastik komandadır və futbolçularım hücuma getməkdən çəkinmirdilər nəticədən xeyli razıyam.

Oyundan öncə də komandanıza inandığınızı bildirirdiniz. Bu inam nədən qaynaqlanırdı?

- 12 illik təcrübəm var. Məni tanıyanlar bilir ki, heç vaxt təslim olmuram.

Qrupdakı hər iki xalı Azərbaycandan aldınız. Bu rəqibin zəif nöqtəsi nədir ki, komandanızı məğlub edə bilmir?

- Hər oyunun öz hekayəsi var.Azərbaycan çox yaxşı rəqibdir. Fikrimcə, ən yaxşı oyunumuzu Farerə qarşı keçirmişik. Bugünkü oyunda komandamı sərgilədikləri əzmkarlığa görə təbrik etmək istəyirəm.

- Növbəti iki oyunu evdə keçirəcəksiniz. Həmin matçlardan gözləntiləriniz nədi?

- Bizim üçün hər oyunçunun hazır olması lazımdır. Növbəti oyunları səbirsizliklə gözləyirik.

- Bugünkü görüşü futbolçularınızın vaxt uzatması hesabına qazandığını qəbul edirsinizmi?

- Bu, futbolun bir hissəsidir. Epizodların birində iki futbolçu baş-başa dəydi. Ümumilikdə isə futbolçularımdan razı qaldım.

Daha çox


Son xəbərlər