Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyev UEFA Millətlər Liqasında Farer adaları yığmasına səfərdə 3:0 hesablı qələbədən sonra müsahibə verib. Qol.az-ın məlumatına görə, oyuna sonradan daxil olan "Sabah"ın yarımmüdafiəçi bu qələbənin əhəmiyyətindən danışıb.
- 3:0 hesablı qələbə və yəqin ki, əhval-ruhiyyə də xeyli dəyişib. Nəticəni necə qiymətləndirirsən?
- Əlbəttə, bu qələbə özümüzə gələ bilmək üçün bizə çox lazım idi. Həm komanda, həm də öz adımdan çox sevinirəm ki, belə gözəl qələbə qazana bildik. Azərbaycan xalqını sevindirə bildik, bu 3 xal gələcək oyunlarımız üçün bizə lazım idi. İnanıram ki, bundan da yaxşı oyun göstərə bilərik. İstəsəydik, farerlilərə 5-6 qol da vura bilərdik. Amma bu, oyundu. Şükürlər olsun ki, qələbə bizimlə oldu.
- Meydana sonradan daxil oldun. Özünü start heyətində hazır sayırdın, yoxsa əvvəlcədən bilirdin ki, oyuna daha sonra daxil olacaqsan?
- Sizə deyim ki, baş məşqçimiz Qurban Qurbanovun dediyi kimi, milli komandada futbolçuların hamısı eyni səviyyədədir. Fərq etməz, ola bilər ki, hazırlıq baxımından kimsə bir az aşağı, kimsə yuxarı ola bilər. Ancaq futbolçu baxımından hamısı eyni səviyyədədir. Qurban müəllim də hamımızı eyni səviyyədə görür. İstər sona 1 dəqiqə qalmş çıx, istərsə də ilk dəqiqələrdə meydana çıx, fərq yoxdur. Bu, milli komandadır, canını qoymalısan, əlindən gələnin artıqlamasıyla etməlisən.
- Hesab 0:0 olanda komandamız bir az inamsız görünürdü. Bu zaman rəqibdə də bir neçə qol epizodu oldu. Ehtiyat oynçular skamyasından necə görünürdü: futbolçularımızda həyəcan var idi, yoxsa..?
- Deməzdim ki, həyəcan vardı. Sadəcə, bu, futboldur, bəzi epizodlar var idi ki, alınmırdı. Yenə deyirəm ki, bu qələbə üçün əlimizdən gələni etdik. Əsas odur ki, Qurban müəllimin tapşırıqlarını yerinə yetirək. Düşünürəm ki, komandamız da bu gün bunu bacardı. Hər şeyi qoyaq bir kənara, bu qələbə sırf Azərbaycan xalqını sevindirmək, özümüzü kökləmək üçün bu, çox lazım idi.
- Milliyə özünəinam hissini qaytarmaq baxımından vacib idi...
- Bəli-bəli. Düşünürəm ki, növbəti qarşılaşmalarda bu oyunumuzu daha da artırıb qələbələrimizi sıralayacağıq və Azərbaycan xalqını sevindirəcəyik.
- Süni örtüklü meydanda, üstəlik, yağış yağdı, çox sürüşkən oldu. Oynamaq nə dərəcədə çətin idi?
- Süni qazona qalsa, Azərbaycanda belə meydançalar var. Ancaq düzdür, meydança bir az problem yaradırdı, o qədər rahat deyildi. Ancaq şükür Allaha ki, bu, bəhanı olmadı və 3 topu vuraraq qalib gəldik.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb