4-cü dəfə Premyer Liqamızda rəmzi komandaya düşdü

4-cü dəfə Premyer Liqamızda rəmzi komandaya düşdü
PREMYER LİQA 11 Oktyabr 2018 / 15:00 2348
-  A +

Topaz Premyer Liqada VII turun rəmzi komandası açıqlanıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “İnstat sport”un təhlilinə əsasən, “11-lik”də “Zirə” və “Neftçi”dən 3, “Qəbələ“ ilə “Səbail”dən 2, “Sumqayıt”dan isə 1 futbolçu yer alıb.

Qeyd edək ki, "Neftçi"nin qapıçısı Səlahət Ağayev bu mövsüm 4-cü dəfə rəmzi komandaya düşüb. Bundan başqa, Şəhriyar Əliyev ("Sumqayıt"), Emin Mahmudov ("Neftçi) və Ceyms Adeniyinin (“Qəbələ”) adı ikinci dəfə bu siyahıda yer alıb. Digər futbolçular isə ilk dəfə siyahıya düşüb.

Qapıçı: Səlahət Ağayev (4) (“Neftçi”)

Müdafiəçilər: Miloş Radivoyeviç (“Zirə”), Voislav Stankoviç (“Qəbələ”), Şəhriyar Əliyev (2) (“Sumqayıt”), İlkin Qırtımov (“Zirə)

Yarımmüdafiəçilər: Sadio Tounkara (“Zirə”), Emin Mahmudov (2), Soni Mustivar (hər ikisi “Neftçi”), Fəhmin Muradbəyli (“Səbail”)

Hücumçular: Ceyms Adeniyi (2) (“Qəbələ”), Ruslan Qurbanov (“Səbail”)

Qeyd edək ki, 7-ci turun “Keşlə” – “Qarabağ” matçı təxirə salındığından, bu komandalardan heç bir futbolçu rəmzi yığmada yer almayıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı