“Bakı”nı cəzalandıran hücumçunun qolu tarixə düşdü (VİDEO)

VİDEO 31 May 2010 / 16:55 3929
-  A +

2009-2010 futbol mövsümünün qolu müəyyənləşib. Qol.Az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, futbolun yaradıcıları “Quardian” nəşrininin səsverməsində isveçrəli oyunçu Benjamin Huggelin “Bazel” forması ilə “Sürix”ə vurduğu qolu fərqləndirib. Total futbolun ən gözəl örnəklərindən biri olaraq göstərilən bu qol 84.88 faiz səs toplayaraq böyük fərqlə ilin ən gözəl qolu seçilib. Qeyd edək ki, Huggel ötən yay ölkəmizdə də olub. O, Avropa Liqası çərçivəsində “Bakı” – “Bazel” görüşünün (1:3) qəhrəmanlarından olmuşdu. İsveçrəli oyunçu komandasının əzmkar qələbəsinə 3-cü qolu vurmaqla töhvə vermişdi.

 


Son xəbərlər