"Əfranı başa düşmək lazımdır" - Nazim Süleymanov

"Əfranı başa düşmək lazımdır" -  Nazim Süleymanov
PREMYER LİQA 30 Sentyabr 2018 / 22:45 4420
-  A +

"Çox gərgin oyun keçdi. Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadıq. Futbolun meyvəsi qoldur. Təkcə bu çatmırdı. Qol epizodları yaratdıq, bəzilərindən istifadə edə bilmədik. Qələbə qazanmaq hər zaman xoşdur”.
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının VI turunda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
 
-  Özünüz də qol epizodlarından yararlana bilmədiyinizi qeyd etdiniz. Hücumçu axtarışını davam etdirirsiniz?

- Bu barədə düşünmürük. Əlimizin altında olan futbolçulardan istifadə etməyə və irəliyə getməyə çalışacağıq.

- Son nöqtənin qoyula bilməməsinə səbəb nədir?

- Minimal hesabla irəlidə olmaq çox pisdir. Çünki rəqib hesabı bərabərləşdirə bilər. Bunu tələskənliklə əlaqələndirərdim. Futbolçularım meydanda özlərini daha rahat hiss etməlidirlər.
 
- Əfran İsmayılov 82-ci dəqiqədə əvəzlənməsini istədi. Gərgin oyunda təcrübəli futbolçunun əvəzlənməsini istəməsi doğru haldır?

- Burada müəyyən amillər var. Məsələn, süni meydanlar futbolçuya pis təsir edir. Əfranı başa düşmək lazımdır. Bundan başqa, əlində zədə var idi. Ona görə də onu əvəzləmək məcburiyyətində qaldıq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı