“Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının VI turunda "Qəbələ" ilə səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları oyunu şərh edib.
Qol.az xəbər verir ki, əvvəlcə qarşılaşma haqda danışan serbiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Çox yaxşı, maraqlı oyun oldu. Meydanda hər iki komandanın ifasında yaxşı temp vardı. İlk hissədə istədiyimiz kimi, strategiyamıza uyğun oynadıq. Təəssüf ki, bəzi epizodlarda qol vura bilmədik. Bu, təkcə bizim üçün yox, "Qəbələ” üçün də vacib matç idi. Planımız tez qol vurmaq və rəqibə geniş imkanlar verməmək idi. Buna uyğun erkən hesabı açdıq. Fikrim belədi ki, "Qəbələ” ilk hissədə elə də təhlükəli vəziyyətlər yratmadı. İkinci hissədə qapıçımız Kamran Ağayev yaxşı oynadı. Qırılma anı Amil Yunanovun 2-ci qolu vura bilməməyi oldu. Onda hesab 2:0 olardı və Bakıya 3 xal aparardıq. Komandamı təbrik etmək istəyirəm. Futbolçular yaxşı oynadılar və qələbəyə cəhd etdilər. Yeni transferimiz vardı, o da yaxşı idi. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oynayacağıq.
- Amil Yunanovu uzun fasilədən sonra əsas heyətdə meydana buraxdınız. Bu seçim məcburiyyətlə bağlı idi, yoxsa hücumçu özünü məşqdə yaxşı göstərmişdi? Amili əvvəl start heyətində oynatmadığınıza görə peşman deyilsiniz?
- Amil yaxşı futbolçudur. Bildiyiniz kimi, Andre Klennon cəzalı idi. Bizdə hücum xəttində seçim geniş deyil. Optimal komanda yaratmağa çalışırıq. Azər Salahlı, Slavik Alxasov çox yaxşı oynayır. Onların meydandakı mövqelərini dəyişsək də, komandanın mənzərəsinə mənfi təsir göstərmirlər.
- Avropadan gəlmiş bir mütəxəssisin ilk dəfə olduğu Qəbələdəki şərait haqda təəssüratları necədir?
- Təəssüratım əladır. Serbiyada milli komandamızın bu qədər meydançası, oteli, infrastukturu var. Eləcə də "Partizan”ın. "Qəbələ”nin məşqçisi, həmyerlim Miloş Yevtiçlə zarafet edirəm ki, belə şəraitiniz var, niyə burda məşq etmirisiniz? Bütün futbolçular bu meydançadan həzz aldılar və əsl futbol ab-havasını hiss etdilər. (Sportnet.az)
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı