"Qəbələ" xal itirdi, "Sumqayıt"dan qələbə

"Qəbələ" xal itirdi, "Sumqayıt"dan qələbə
PREMYER LİQA 30 Sentyabr 2018 / 21:58 11591
-  A +

Bu gün Topaz Premyer Liqada 6-cı tura yekun vurulub.

Qol.az-ın xəbərinə görə, son oyun günündə iki görüş keçirilib.

Günün ilk oyununda mövsümə uğursuz start verən iki komanda - "Qəbələ" və "Keşlə" üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Günün digər matçında "Sumqayıt" autsayder "Zirə"ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Nazim Süleymanovun komandası bu qələbə sayəsində xalını 10-a çatdırıb və  eyni xala malik "Sabah"ı şəxsi oyundakı üstünlüyü ilə keçərək, 3-cü pilləyə yüksəlib.


30 sentyabr


20:00.“Sumqayıt” – “Zirə” - 1:0
Qol:
Atilla Yıldırım, 16
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Rza Məmmədov, Əliyar Ağayev
“Bayıl Arena”

18:00.“Qəbələ” – “Keşlə” - 1:1 
Qol:
Amil Yunanov, 5 (0:1), Stiven Monroz, 76 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, İsgəndər Əliyev, Etibar Həsənov
Qəbələ şəhər stadionu


29 sentyabr (şənbə)

“Sabah” – “Qarabağ” - 0:2

“Neftçi” – “Səbail" - 4:0


N

Klublar

O

Q

H

M

T/F

X

1

Neftçi

6

5

1

0

13-3

16

2

Qarabağ

6

5

1

0

13-4

16

3

Sumqayıt

6

3

1

2

8-6

10

4

Sabah

6

3

1

2

5-6

10

5

Səbail

6

2

1

3

5-10

7

6

Qəbələ

6

1

2

3

7-9

5

7

Keşlə

6

0

2

4

5-10

2

8

Zirə

6

0

1

5

5-13

1



Bombardirlər:

Marko Deviç ("Sabah") - 5 qol

Baqali Dabo ("Neftçi") - 4 qol

İnnosent Emeqara ("Qarabağ") - 4 qol



 


Son xəbərlər