"Bu oyunun bizə faydası olacaq" - Qurban Qurbanov

"Bu oyunun bizə faydası olacaq" - Qurban Qurbanov
MÜSAHİBƏ 29 Sentyabr 2018 / 23:12 4556
-  A +

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 6-cı turunda "Sabah”a səfərdə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda fikirlərini bildirib.

- Futbolçularımı təbrik etmək istəyirəm. Layiqli qələbə qazandıq. Həddən artıq çətin oyun oldu. Buna baxmayaraq, oyunun dinamikasını qoruyub saxlaya bildik. Rəqib müdafiə olunmağı bacaran komandadır. Eyni zamanda, əks-hücuma çıxmağı da bacarırdılar. Çox çətinlik çəkdik. Bununla belə intizamlı oynadıq. Oyuna xeyli sayda azarkeşimiz gəlmişdi. Onların dəstəyini hiss edirdik.

- "Arsenal”la oyun öncəsi bu cür rəqibə qarşı oynamaq sizin üçün nə dərəcədə sərfəli idi?

- Əlbəttə, fərqli üslubda oynayan komandalardır. Amma futbolçular bu gün xeyli əziyyət çəkdi. Çoxsaylı mübarizəyə şahidlik etdik. Düşünürəm ki, bu qarşılaşmanın bizə faydası olacaq.

- Emeqara və Delarjı  oyuna daxil etməyi əvvəlcədən planlaşdırmışdınız, yoxsa nəticəyə görə bunu etdiniz?

- İki dəyişiklik planlaşdırılmışdı. Bu gün düşündüyüm kimi hər şey tam alınmadı, ona görə də bu dəyişikliklərə əl atdım.

- "Sabah”ın heyətində milliyə dəvət almağa namizəd varmı?

- İndidən konkret fikir bildirmək istəmirəm. Cavid İmamverdiyev onsuz da daim dəvət olunur. Amma xüsusi bir ad çəkə bilməyəcəm.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord