"Hesab 4:0 olsa da, çətin matç alındı. Yaxşı hazırlaşmışdıq və meydana qələbə üçün çıxmışdıq. Futbolçular tapşırıqları maksimum yerinə yetirdilər. Hamıya dəstəyə görə minnətdarıq. Hər kəsə baş məşqçimiz Roberto Bordinin adından təşəkkür edirəm".
Qol.az-ın məlumatına görə, bunu "Neftçi"nin məşqçisi Füzuli Məmmədov evdə "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının 6-cı tur matçından sonra mətbuat konfransında deyib. Mətbuat konfransında cəzalı Roberto Bordini əvəzləyən gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
- Rəhman Hacıyevlə Namiq Ələsgərovda nə çatmır ki, əsas heyətdə oynasınlar?
- Hər ikisi bizim üçün dəyərli futbolçudur. Namiq zədədən yeni qayıdıb. Ona tam hazır olması üçün vaxt lazımdır. Rəhmana gəlincə, bu gün qərar verildi ki, start heyətində Emin Mahmudov olsun. Hacıyev son 2 oyunda ilk dəqiqələrdən meydanda olmuşdu. Ancaq bu gün əvvəldən ehtiyatda qalması məqsədəuyğun sayıldı.
- "Neftçi"nin əsas heyətinə həftəlik məşqin nəticəsinə əsasən qərar verilir?
- Əlbəttə. Rəqibi, hər şeyi nəzərə alaraq, start heyəti müəyyənləşdiririk. Kim hazır olsa, ona ilk dəqiqələrdən şans veririk.
- Bu gün Mirabdulla Abbasovu start heyətində gördük. Onun ilk dəqiqələrdən meydanda olması "Neftçi"nin işini asanlaşdırır, yoxsa...?
- Mirabdulla indi yaxşı formadadır. Ona görə əsas heyətdə yer alır. Kvame Karikari də yaxşı futbolçudur. Lazım olanda onu buraxırıq, lazım olanda Mirabdullanı. Elə oyun olur ki, bütün nüansları nəzərə alırıq. Rəqibi analiz edərək planımızı qururuq.
- Bordin oyunun gedişində hansı tapşırıqları vermişdi?
- Bordin bizə yaxın oturmuşdu və bütün oyunboyu tapşırıqlarını verirdi. Biz də onu komandaya çatdırırdıq. Baş məşqçimiz ortada daha etibarlı oynamağı, rəqibin səhvlərindən istifadə edərək qol vurmağı tapşırmışdı.
- Belə çıxır ki, bütün əvəzetmələri də o edirdi?
- Bəli.
- "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev oyundan sonra gəlib komandanı təbrik etdi?
- Çingiz Abdullayev bu gün yox idi. Lakin klubun prezidenti, rəhbərlik gəlib təbriklərini çatdırdı. Buna görə onlara minnətdarıq (sportnet.az).
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı