"Komandama görə utanmıram" - Aftandil Hacıyev

"Komandama görə utanmıram" - Aftandil Hacıyev
MÜSAHİBƏ 29 Sentyabr 2018 / 21:34 3195
-  A +

"İlk növbədə, rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bu gün meydanda yalnız "Neftçi" var idi. Bilirdik ki, "Neftçi" rəqibin səhvlərindən istifadə edəcək. Eyni səhvləri bizimkilər də təkrarladılar. Xüsusilə də, müdafiəçilərdən narazı qaldım. Bu gün arxa xətt oyunçularını tanımadım. Heyətdə itkilərimiz vardı. Ancaq bu, rəqibin layiqli qələbəsinə səbəb deyil. Oyunun taleyini "Neftçi"nin fərdi ustalığı ilə seçilən futbolçuları həll etdi".

Qol.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 6-cı tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.

- Oyuna baxaraq fikriləşirdiniz ki, bu komandanın Premyer Liqada nə işi var?

- Əlbəttə, 0:4 hesablı məğlubiyyət yaxşı hal deyil. Ancaq futbolçularıma bir oyunla qiymət vermirəm. Bu çempionatda 4 qol vurmaq mümkündür. Məsələn, "Sabah" gözlənilmədən "Sumqayıt"a evdə 1:4 hesabı ilə uduzdu. Fərdi səhvlərimiz öz sözünü dedi və sonrakı dəqiqələrdə planlarımız pozuldu. 70-ci dəqiqədə 3 əvəzləmə etdim. İmkanım olsaydı, yenə edərdim. Ancaq deyə bilmərəm ki, komandama görə utanıram. "Səbail"i "Neftçi" ilə müqayisə etmək düzgün olmazdı.

- Bundan sonra istədiyiniz "Səbail"i görə biləcəyik?

- Oyunların yarısında yaxşı oynamışıq. Ancaq komandamızda stabillik çatışmır. Süni örtüklü meydançada məşq edərək birdən-birə təbii örtüyə keçmək çox çətindir. Bunu hiss etdik. Küləkli hava olduğuna görə, süni örtükdə məşq etməli olduq. Ancaq bunlar məğlubiyyətə bəraət qazandırmır. Bakı Olimpiya Stadionunda məşq edərkən, topu saxlamaq olmurdu. Oyuna istədiyim kimi hazırlaşa bilmədik.

- Son məşqi burda etməmisiniz?

- "Neftçi” tərəfi dedi ki, özləri də burda məşq etməyiblər. Ardıcıl 2 gün yükləmələr oldu. Komandada az olmağım öz təsirini göstərdi. Bu oyundan sonra rəhbərliklə görüşüm olmayıb. Ancaq bundan qabaq pozitiv söhbətlərim olub. Mehriban kollektiv yaratmaq tapşırılıb. Gələcəyi zaman göstərəcək (sportnet.az).

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı